Top·

ABŞ ordusu avtonom təchizat platformalarının hazırlanmasını “American Rheinmetall”a həvalə edib

ABŞ ordusu avtonom təchizat platformalarının hazırlanmasını “American Rheinmetall”a həvalə edib

ABŞ ordusu avtonom təchizat platformalarının hazırlanması üçün “American Rheinmetall” şirkəti ilə 18 aylıq müqavilə imzalayıb. https://ordu.az/photos/2026/08/1785597183.jpg

Ordu.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilib ki, müqavilə ABŞ ordusunun “Project Sustainment” proqramı çərçivəsində həyata keçiriləcək və “Harbinger” şirkətinin hibrid platforması əsasında insansız yerüstü platformaların hazırlanmasını nəzərdə tutur. Layihə Milli Qabaqcıl Mobillik Konsorsiumu (NAMC) vasitəsilə icra olunacaq. Bu mexanizm ABŞ ordusuna ənənəvi satınalma prosedurlarından daha sürətli şəkildə yeni texnologiyaların hazırlanmasını maliyyələşdirməyə imkan verir. “American Rheinmetall” layihənin baş podratçısı kimi çıxış edəcək və müxtəlif tərəfdaşlar arasında işlərin əlaqələndirilməsinə cavabdeh olacaq. Yeni platformalar ön xətdə xidmət aparan hərbçilərə sursat, yanacaq, ərzaq və digər təminat vasitələrinin daşınmasını avtomatik rejimdə həyata keçirəcək. Bunun sayəsində təchizat maşınlarını təhlükəli ərazilərə sürmək məcburiyyətində qalan hərbçilərin sayı azalacaq. Platformanın əsasını Cənubi Kaliforniya və Texasda fəaliyyət göstərən “Harbinger” şirkətinin hazırladığı hibrid-elektrik şassisi təşkil edir. Müdafiə məqsədləri üçün uyğunlaşdırılmış bu platforma müxtəlif tapşırıqlara uyğun şəkildə yenidən təchiz oluna bilir. Məlumata görə, platforma 350 kilovata qədər elektrik enerjisi istehsal edib digər sistemlərə ötürmək imkanına malikdir. Bu xüsusiyyət platformanın yalnız yükdaşıma vasitəsi deyil, həm də ön mövqelər üçün mobil enerji mənbəyi kimi istifadəsinə şərait yaradır. Sevinc Əliyeva Ordu.az

This is a summary. Read the full article at the original source.

Read full article at ordu_az