Business·

Türk ekspert: Orta Dəhliz regional turizmin inkişafına yeni imkanlar yaradır

Türk ekspert: Orta Dəhliz regional turizmin inkişafına yeni imkanlar yaradır

Orta Dəhliz Avropa ilə Asiya arasında ticarət, logistika və nəqliyyat əlaqələrini gücləndirməklə yanaşı, regional turizmin inkişafı baxımından da yeni imkanlar yaradır. Son illər marşrut boyunca infrastrukturun müasirləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişlənməsi və sərnişindaşımaların artması bu dəhlizi turizm sektorunun inkişafını dəstəkləyən mühüm platformaya çevirib. Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli turizm eksperti Soner Kılıç bildirib. Ekspert qeyd edib ki, müasir dövrdə turistlər təkcə istirahət deyil, həm də rahat, təhlükəsiz və sürətli səyahət imkanlarına üstünlük verirlər. Orta Dəhliz bu baxımdan Asiya ilə Avropa arasında yerləşən ölkələr üçün böyük üstünlüklər yaradır. Nəqliyyat əlaqələrinin inkişafı, beynəlxalq hava marşrutlarının genişlənməsi, dəmir yolu və avtomobil yollarının yenilənməsi turistlərin daha qısa müddətdə müxtəlif istiqamətlərə səyahət etməsinə şərait yaradır. Soner Kılıçın sözlərinə görə, Azərbaycan Orta Dəhlizin əsas iştirakçılarından biri kimi bu imkanlardan səmərəli istifadə edir. Ölkənin coğrafi mövqeyi, sabitliyi, zəngin tarixi-mədəni irsi və müasir infrastrukturu onu regionun aparıcı turizm istiqamətlərindən birinə çevirir. “Azərbaycan son illərdə turizm sahəsində mühüm nəticələr əldə edib. Müasir hotellər, beynəlxalq standartlara cavab verən hava limanları, rahat avtomobil yolları, yüksək xidmət keyfiyyəti və rəqəmsal həllər turistlərin ölkəyə marağını artıran əsas amillərdir. Dövlət tərəfindən həyata keçirilən ardıcıl siyasət turizmin dayanıqlı inkişafına mühüm töhfə verir”, – deyə ekspert bildirib. O vurğulayıb ki, Azərbaycanın zəngin mədəni irsi, UNESCO siyahısına daxil edilmiş abidələri, qədim şəhərləri, milli mətbəxi və müxtəlif iqlim qurşaqları ölkəyə gələn turistlər üçün fərqli turizm məhsulları təqdim edir. Bakı ilə yanaşı, Şəki, Qəbələ, Quba, Lənkəran, Naftalan və digər bölgələrdə yaradılmış müasir turizm infrastrukturu daxili və xarici turistlərin sayının artmasına müsbət təsir göstərir. Soner Kılıç hesab edir ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri gələcəkdə Azərbaycanın turizm potensialını daha da artıracaq. Həmin bölgələrdə ekoturizm, dağ turizmi, sağlamlıq turizmi, mədəni və dini turizm istiqamətlərinin inkişafı həm yerli, həm də xarici turistlər üçün yeni marşrutların formalaşmasına imkan yaradacaq. Ekspert Orta Dəhliz çərçivəsində birgə turizm marşrutlarının hazırlanmasının vacibliyini də qeyd edib. Onun sözlərinə görə, Azərbaycan, Türkiyə, Gürcüstan və Mərkəzi Asiya ölkələrinin ortaq turizm paketləri hazırlaması regionun beynəlxalq turizm bazarında daha güclü tanınmasına şərait yarada bilər. Belə marşrutlar turistlərə bir səfər ərzində bir neçə ölkənin tarixi, mədəniyyəti və təbii gözəllikləri ilə tanış olmaq imkanı verir. “Rəqəmsal texnologiyaların tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, beynəlxalq sərgilərdə fəal iştirak və birgə marketinq strategiyası Orta Dəhliz boyunca turizm əməkdaşlığını daha da gücləndirəcək. Bu, region ölkələrinin iqtisadiyyatına əlavə gəlir gətirməklə yanaşı, mədəni əlaqələrin möhkəmlənməsinə də xidmət edəcək”, – deyə Soner Kılıç bildirib. Ekspert əlavə edib ki, qlobal turizm bazarında rəqabətin artdığı bir dövrdə Orta Dəhliz ölkələrinin vahid turizm brendi kimi tanıdılması böyük əhəmiyyət daşıyır. Onun fikrincə, Azərbaycanın bu təşəbbüslərdə fəal iştirakı ölkənin beynəlxalq turizm xəritəsində mövqeyini daha da gücləndirəcək: “Orta Dəhliz gələcəyin yalnız ticarət marşrutu deyil, həm də xalqları yaxınlaşdıran, iqtisadi əməkdaşlığı genişləndirən və turizmi inkişaf etdirən strateji platformadır. Azərbaycan bu prosesdə öz zəngin potensialı və həyata keçirdiyi uğurlu layihələrlə regionun aparıcı turizm mərkəzlərindən birinə çevrilmək imkanına malikdir”.

Orta Dəhliz Avropa ilə Asiya arasında ticarət, logistika və nəqliyyat əlaqələrini gücləndirməklə yanaşı, regional turizmin inkişafı baxımından da yeni imkanlar yaradır. Son illər marşrut boyunca infrastrukturun müasirləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişlənməsi və sərnişindaşımaların artması bu dəhlizi turizm sektorunun inkişafını dəstəkləyən mühüm platformaya çevirib. Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli turizm eksperti Soner Kılıç bildirib. Ekspert qeyd edib ki, müasir dövrdə turistlər təkcə istirahət deyil, həm də rahat, təhlükəsiz və sürətli səyahət imkanlarına üstünlük verirlər. Orta Dəhliz bu baxımdan Asiya ilə Avropa arasında yerləşən ölkələr üçün böyük üstünlüklər yaradır. Nəqliyyat əlaqələrinin inkişafı, beynəlxalq hava marşrutlarının genişlənməsi, dəmir yolu və avtomobil yollarının yenilənməsi turistlərin daha qısa müddətdə müxtəlif istiqamətlərə səyahət etməsinə şərait yaradır. Soner Kılıçın sözlərinə görə, Azərbaycan Orta Dəhlizin əsas iştirakçılarından biri kimi bu imkanlardan səmərəli istifadə edir. Ölkənin coğrafi mövqeyi, sabitliyi, zəngin tarixi-mədəni irsi və müasir infrastrukturu onu regionun aparıcı turizm istiqamətlərindən birinə çevirir. “Azərbaycan son illərdə turizm sahəsində mühüm nəticələr əldə edib. Müasir hotellər, beynəlxalq standartlara cavab verən hava limanları, rahat avtomobil yolları, yüksək xidmət keyfiyyəti və rəqəmsal həllər turistlərin ölkəyə marağını artıran əsas amillərdir. Dövlət tərəfindən həyata keçirilən ardıcıl siyasət turizmin dayanıqlı inkişafına mühüm töhfə verir”, – deyə ekspert bildirib. O vurğulayıb ki, Azərbaycanın zəngin mədəni irsi, UNESCO siyahısına daxil edilmiş abidələri, qədim şəhərləri, milli mətbəxi və müxtəlif iqlim qurşaqları ölkəyə gələn turistlər üçün fərqli turizm məhsulları təqdim edir. Bakı ilə yanaşı, Şəki, Qəbələ, Quba, Lənkəran, Naftalan və digər bölgələrdə yaradılmış müasir turizm infrastrukturu daxili və xarici turistlərin sayının artmasına müsbət təsir göstərir. Soner Kılıç hesab edir ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri gələcəkdə Azərbaycanın turizm potensialını daha da artıracaq. Həmin bölgələrdə ekoturizm, dağ turizmi, sağlamlıq turizmi, mədəni və dini turizm istiqamətlərinin inkişafı həm yerli, həm də xarici turistlər üçün yeni marşrutların formalaşmasına imkan yaradacaq. Ekspert Orta Dəhliz çərçivəsində birgə turizm marşrutlarının hazırlanmasının vacibliyini də qeyd edib. Onun sözlərinə görə, Azərbaycan, Türkiyə, Gürcüstan və Mərkəzi Asiya ölkələrinin ortaq turizm paketləri hazırlaması regionun beynəlxalq turizm bazarında daha güclü tanınmasına şərait yarada bilər. Belə marşrutlar turistlərə bir səfər ərzində bir neçə ölkənin tarixi, mədəniyyəti və təbii gözəllikləri ilə tanış olmaq imkanı verir. “Rəqəmsal texnologiyaların tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, beynəlxalq sərgilərdə fəal iştirak və birgə marketinq strategiyası Orta Dəhliz boyunca turizm əməkdaşlığını daha da gücləndirəcək. Bu, region ölkələrinin iqtisadiyyatına əlavə gəlir gətirməklə yanaşı, mədəni əlaqələrin möhkəmlənməsinə də xidmət edəcək”, – deyə Soner Kılıç bildirib. Ekspert əlavə edib ki, qlobal turizm bazarında rəqabətin artdığı bir dövrdə Orta Dəhliz ölkələrinin vahid turizm brendi kimi tanıdılması böyük əhəmiyyət daşıyır. Onun fikrincə, Azərbaycanın bu təşəbbüslərdə fəal iştirakı ölkənin beynəlxalq turizm xəritəsində mövqeyini daha da gücləndirəcək: “Orta Dəhliz gələcəyin yalnız ticarət marşrutu deyil, həm də xalqları yaxınlaşdıran, iqtisadi əməkdaşlığı genişləndirən və turizmi inkişaf etdirən strateji platformadır. Azərbaycan bu prosesdə öz zəngin potensialı və həyata keçirdiyi uğurlu layihələrlə regionun aparıcı turizm mərkəzlərindən birinə çevrilmək imkanına malikdir”. Kiprdəki bufer zonasında BMT Baş katibinin sədrliyi ilə üçtərəfli görüş keçirilib Deputat: Orta Dəhliz qlobal ticarətin təhlükəsiz inkişafına xidmət edən strateji platformadır Azərbaycan Kinosu Günündə unudulmaz kino axşamı Azərbaycan ficital-idman üzrə Astanada keçirilən beynəlxalq sammitdə təmsil olunur Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib Fransada azyaşlılara qarşı törədilən zorakılıq cinayətləri ilə bağlı həbs olunanların sayı artıb Türk ekspert: Orta Dəhliz regional turizmin inkişafına yeni imkanlar yaradır Altı ayda Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 18 faizdən çox artıb Xidmət rəisi: Süni intellekt alətlərinin fəaliyyətimizdə geniş tətbiqi təbii prosesə çevriləcək Deputat: Azərbaycan regionlararası mühüm tranzit körpüyə çevrilib Vergi Məcəlləsinə dəyişiklik sahibkarların maliyyə imkanlarını genişləndirəcək Prezident İlham Əliyevin Almaniya səfəri Avropa İttifaqı ilə yeni tərəfdaşlıq modelini təsdiqlədi Bir vaxtlar Azərbaycana mane olmağa çalışan dairələr bu gün Bakı ilə daha sıx əməkdaşlığa can atır ABŞ insanabənzər robotların idxalını qadağan etdi Təbii fəlakətlər yalan oldu "AZƏRBAYCAN"ın "Zəfər" imzası22 İyul 2026 AZƏRBAYCAN XALQI İLHAM ƏLİYEVİ NİYƏ SEVİR22 İyul 2026 “AZƏRBAYCAN”ın Qarabağ səfəri30 İyun 2026 “Milli yaddaş"ın yaddaşındakılar25 İyun 2026 Strateji hədəflər və perspektivli gələcək24 İyun 2026 Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

This is a summary. Read the full article at the original source.

Read full article at azerbaijan_news